Sizi şirkətimizin İnternet səhifəsində salamlamağa şadıq.
Artıq beş ildir ki, biz poliqrafiya sahəsində müxtəlif mürəkkəb məsələlərin həllində sizə kömək etməklə xidmət göstəririk. Bu müddət ərzində biznesin müxtəlif sahələrində çalışan bir çox şirkətlər, korporativ çap layihələrini həyata keçirməyi dəyişməz olaraq bizə etibar etməklə müştərimiz oldular.
Poliqrafiya və çapdansonrakı emal sahəsində biz təcrübi olaraq hər şeyi edə bilirik.
Bizim əsas məqsədimiz - məhsulun nadir və çoxlu sayda insanları maraqlandıraraq yadda qalan olmasıdır.
Bunun üçün biz hər gün işləyir və sifarişçilərimizin rifahı naminə yorulmadan, icraçı ustalığımızı təkmilləşdiririk.
Poliqrafiyada müasir meyllər: dizayn kağızları, super üz qabıqları, mürəkkəb kəsmə, qeyri-standart formatlar, eksklüziv bəzək.... bizim avadanlıq məhz bu tələblər əsasında yığılmışdır.
Şirkətimiz məsləhətlər və dizaynın işlənməsi, konstruksiyaların qurulması, kağızın seçimindən məhsulun istehsalına qədər eksklüziv üstünlüklərə malik fərdi xidmətləri təklif edir.
AZ 1108, Azərbaycan, Bakı, Z.Bunyadov pr., 19/69
Tel.: (+99412) 562-48-86/83
Mob.: (+99450) 244-33-86
Email: office@stamperia.az
Bizim iş günlərimiz: b.e.-c.a.
09.00-18.00-dək.
Biz hər sifarişçiyə şadıq!
“Stamperia” – incəliklərinə qədər düşünülmüş cap məhsullarının yaradılması sahəsində Sizin tərəfdaşınızdır.
Biz yüksək səviyyəli qeyri-standart və orijinal çap məhsulları yaradırıq. İtaliya, Almaniya, Fransa, İngiltərə, İsveçrə və digər ölkələrin aparıcı material istehsalçıları ilə tərəfdaşlıq münasibətləri, şirkətə, poliqrafiya sahəsində istənilən yaradıcı ideyanı həyata keçirməyə imkan verir.
Bu gün bazarda idxal olunmuş məmulatların payı daha çox olsa da, hamı nəfis dizaynlı məhsulların daha yaxşı satıldığını anlayır. Poliqrafiyada dizaynın işlənməsi dedikdə, sifarişçinin arzuları və məhsulun hazırlanması üzrə texniki tələblərə uyğunluğu nəzərə alınmaqla qrafik maketin tərtibi anlaşılır. Poliqrafiyada kağızla yanaşı, orijinal çap məhsulunun yaradılmasında istifadə olunan texnologiyalar da böyük rol oynayır. Bu laminasiya növünün, tam və ya seçmə laklama, zərvərəqlə basmanaxış, oyma, ştamplama seçimləridir. Bütün bunlar dizaynerin fəaliyyət sahəsini genişləndirir, onun üzərinə böyük məsuliyyət qoyur: çünki bəzi çapdansonrakı proseslər kifayət qədər bahalıdırlar və böyük tirajlı sifarişlərdə istənilən səhv əhəmiyyətli zərərlə nəticələnə bilər.

Maraqlı poliqrafiyanın işlənməsi və istehsalı. Müştərilər bizim konstruktor şöbəmizin fəaliyyətini yüksək qiymətləndirirlər, axı onlar materiallarla və quraşdırma həlləri ilə işdə eksperimentlərə böyük azadlıq verirlər. Biz çertyoxlajı operativ hazırlayır və sizin tapşırığınıza uyğun nümunələr istehsal edirik – beləliklə, siz tiraj istehsalata buraxılana qədər konstruktor və dizayner həllini əyani görmək və əl vurmaq imkanı əldə edirsiniz.

Basma relyef təsvir əldə etmək məqsədilə kağızın xüsusi emal texnologiyasıdır. Dekorativ tərtibatın bu növü (basma üçün metal klişe adlanan) xüsusi formaların köməyi ilə həyata keçirilir. Bir qayda olaraq, klişe metaldan hazırlanır. Bundan istifadə kağızın emalı prosesinin yüksək temperatur altında baş verməsi ilə şərtlənir.
Bütövlükdə basmanın üç əsas növünü fərqləndirirlər: tam qabartma, zərvərəqlə basma, həmçinin ştampla basma. Növlərin hər biri çap məmulatına özünəməxsus cazibədarlıq verə bilər. Söhbətin vizit kartlarından, açıqca, təqvim, kitabça və ya bukletlərdən getməsindən asılı olmayaraq, basma ilə çap onlara təkrarolunmaz, nəfis görkəm verəcək. Sözügedən basma üsullarından hər biri həm müstəqil, həm də digərləri ilə birlikdə (gözlənilən nəticədən asılı olaraq) tətbiq oluna bilər.

Poliqrafiyada bir neçə daha çox yayılmış çap üsullarını – ofset və rəqəmli çapı fərqləndirirlər. Onlardan hər biri özəl xüsusiyyətlərə məxsusdur.
Ofset çapı zamanı təsvir əvvəlcə yastı çap formasına vurulur. O özlüyündə işığahəssas örtüklü səthə malik lövhədir. Təsvir vurulduqdan sonra forma ekspozisiyaya və aydınlatmaya məruz qalır. Lövhənin yandırılmış hissələri suyu cəlb etməyə və boyanı itələməyə başlayır, yandırılmamış hissələr isə əksinə. Boya çap formasından aralıq ofset silindrinə vurulur, o isə özlüyündə üstdən elastık rezin-parça tərkibli lövhə ilə örtülüdür, ordan isə bilavasitə kağıza toxunur. Böyük tirajların çapı zamanı ofset çapı üsulundan istifadə sərfəlidir.
Rəqəmli çap zamanı basmaları artıq çap maşınında alırlar, bu zaman dəyişdirilən çap formasından istifadə olunur. Çap maşının kompyuteri (RİP) hər çap dövrü üçün yeni forma yaradır. Bu texnologiya hər ayrıca vərəqdə müxtəlif “təsvir” əldə etməyə imkan verir, yəni çap olunan qrafika və mətn fərdiləşdirilir. Rəngli çap avadanlığı, əsasən, kiçik tirajlı reklam və kommersiya məmulatlarının və fərdi materialların çapında tətbiq olunur.

Trafaret çapı ən qədim çap üsullarından biri hesab olunur. Bu zaman çap forması (matrisa) çox nazik metal tordan hazırlanır, onun gözlərindən keçən xüsusi küt bıçaq (rakel) isə boyanı çap materialının üzərinə basır. Qapalı ağartma elementlərinin mövcudluğu boyanın metrial üzərinə qeyri-ixtiyari düşməsinin qarşısını alır. İpək trafaretin köməyi ilə boyanı istənilən daşıyıcıya – kağıza, şüşəyə, plastikə, metala və s. vurmaq olar.

Bərk cildləmə - çox faydalıdır, nəşrə cəlbeddici görkəm verir və onu uzun müddət ilkin halında saxlayır. Cildləmənin çoxsaylı növləri var, bizsə bərk cildləmədən danışacağıq.
Bərk cildləmə, ilk növbədə, çap olunmuş blokun birləşdirilməsi və müdafiəsi üçün nəzərdə tutulmuş möhkəm örtükdür. İkincisi isə, hər hansı bir bədii elementdir və beləliklə, çap məmulatının xüsusiyyətlərini əks etdirən özünəməxsus vasitədir. Kitabların bilavasitə cildlənməsi – poliqrafiya istehsalında çox mühüm prosesdir.
Sifarişçinin arzusuna uyğun olaraq, biz bərk cildləməni hazırlayarkən istənilən örtük materialdan istifadə edə bilərik. Dizaynı cildləmə kağızından başlamış xüsusi dəri örtüyə qədər tətbiq etmək mümkündür. Hazırda bərk cildləmə yalnız kitabların, həmçinin eksklüziv qılaf və qutuların yaradılmasında istifadə olunur. Bərk cildləməli qutular diqqətəlayiq görkəmə malik olduqlarından, alıcını cəlb edir və uzunömürlülükləri ilə də fərqlənirlər.

Topladığımız təcrübə, materialların böyük seçimi, çapın vurulmasının müxtəlif üsullarından istifadə bizə keyfiyyətli və maraqlı məhsul hazırlamağa imkan verir. Şirkətimiz istənilən növdə təqdimat, reklam və qablaşdırma məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır.