featured az

CILDLƏMƏ

Bərk cildləmə - çox faydalıdır, nəşrə cəlbeddici görkəm verir və onu uzun müddət ilkin halında saxlayır. Cildləmənin çoxsaylı növləri var, bizsə bərk cildləmədən danışacağıq.
Bərk cildləmə, ilk növbədə, çap olunmuş blokun birləşdirilməsi və müdafiəsi üçün nəzərdə tutulmuş möhkəm örtükdür. İkincisi isə, hər hansı bir bədii elementdir və beləliklə, çap məmulatının xüsusiyyətlərini əks etdirən özünəməxsus vasitədir. Kitabların bilavasitə cildlənməsi – poliqrafiya istehsalında çox mühüm prosesdir.
Sifarişçinin arzusuna uyğun olaraq, biz bərk cildləməni hazırlayarkən istənilən örtük materialdan istifadə edə bilərik. Dizaynı cildləmə kağızından başlamış xüsusi dəri örtüyə qədər tətbiq etmək mümkündür. Hazırda bərk cildləmə yalnız kitabların, həmçinin eksklüziv qılaf və qutuların yaradılmasında istifadə olunur. Bərk cildləməli qutular diqqətəlayiq görkəmə malik olduqlarından, alıcını cəlb edir və uzunömürlülükləri ilə də fərqlənirlər.