featured az

TRAFARET

Trafaret çapı ən qədim çap üsullarından biri hesab olunur. Bu zaman çap forması (matrisa) çox nazik metal tordan hazırlanır, onun gözlərindən keçən xüsusi küt bıçaq (rakel) isə boyanı çap materialının üzərinə basır. Qapalı ağartma elementlərinin mövcudluğu boyanın metrial üzərinə qeyri-ixtiyari düşməsinin qarşısını alır. İpək trafaretin köməyi ilə boyanı istənilən daşıyıcıya – kağıza, şüşəyə, plastikə, metala və s. vurmaq olar.