featured az

ÇAP

Poliqrafiyada bir neçə daha çox yayılmış çap üsullarını – ofset və rəqəmli çapı fərqləndirirlər. Onlardan hər biri özəl xüsusiyyətlərə məxsusdur.
Ofset çapı zamanı təsvir əvvəlcə yastı çap formasına vurulur. O özlüyündə işığahəssas örtüklü səthə malik lövhədir. Təsvir vurulduqdan sonra forma ekspozisiyaya və aydınlatmaya məruz qalır. Lövhənin yandırılmış hissələri suyu cəlb etməyə və boyanı itələməyə başlayır, yandırılmamış hissələr isə əksinə. Boya çap formasından aralıq ofset silindrinə vurulur, o isə özlüyündə üstdən elastık rezin-parça tərkibli lövhə ilə örtülüdür, ordan isə bilavasitə kağıza toxunur. Böyük tirajların çapı zamanı ofset çapı üsulundan istifadə sərfəlidir.
Rəqəmli çap zamanı basmaları artıq çap maşınında alırlar, bu zaman dəyişdirilən çap formasından istifadə olunur. Çap maşının kompyuteri (RİP) hər çap dövrü üçün yeni forma yaradır. Bu texnologiya hər ayrıca vərəqdə müxtəlif “təsvir” əldə etməyə imkan verir, yəni çap olunan qrafika və mətn fərdiləşdirilir. Rəngli çap avadanlığı, əsasən, kiçik tirajlı reklam və kommersiya məmulatlarının və fərdi materialların çapında tətbiq olunur.