featured az

BASMA

Basma relyef təsvir əldə etmək məqsədilə kağızın xüsusi emal texnologiyasıdır. Dekorativ tərtibatın bu növü (basma üçün metal klişe adlanan) xüsusi formaların köməyi ilə həyata keçirilir. Bir qayda olaraq, klişe metaldan hazırlanır. Bundan istifadə kağızın emalı prosesinin yüksək temperatur altında baş verməsi ilə şərtlənir.
Bütövlükdə basmanın üç əsas növünü fərqləndirirlər: tam qabartma, zərvərəqlə basma, həmçinin ştampla basma. Növlərin hər biri çap məmulatına özünəməxsus cazibədarlıq verə bilər. Söhbətin vizit kartlarından, açıqca, təqvim, kitabça və ya bukletlərdən getməsindən asılı olmayaraq, basma ilə çap onlara təkrarolunmaz, nəfis görkəm verəcək. Sözügedən basma üsullarından hər biri həm müstəqil, həm də digərləri ilə birlikdə (gözlənilən nəticədən asılı olaraq) tətbiq oluna bilər.