featured az

DİZAYN

Bu gün bazarda idxal olunmuş məmulatların payı daha çox olsa da, hamı nəfis dizaynlı məhsulların daha yaxşı satıldığını anlayır. Poliqrafiyada dizaynın işlənməsi dedikdə, sifarişçinin arzuları və məhsulun hazırlanması üzrə texniki tələblərə uyğunluğu nəzərə alınmaqla qrafik maketin tərtibi anlaşılır. Poliqrafiyada kağızla yanaşı, orijinal çap məhsulunun yaradılmasında istifadə olunan texnologiyalar da böyük rol oynayır. Bu laminasiya növünün, tam və ya seçmə laklama, zərvərəqlə basmanaxış, oyma, ştamplama seçimləridir. Bütün bunlar dizaynerin fəaliyyət sahəsini genişləndirir, onun üzərinə böyük məsuliyyət qoyur: çünki bəzi çapdansonrakı proseslər kifayət qədər bahalıdırlar və böyük tirajlı sifarişlərdə istənilən səhv əhəmiyyətli zərərlə nəticələnə bilər.