Is your language English?
"SUCCESS LOVES PAPER" SEMİNARI BAKIDA
19.11.2018

Bir dəfə məşhur şokolad markasının marketoloqları eksperiment keçirməyə qərar verdilər. Onlar daha keyfiyyətli qablaşdırma sifariş edərək, bir qutu konfetin dəyərini 20% artırdılar. Əlavə heç nə dəyişmədi. Məhsul, satış bazarları və reklam kanalları olduğu kimi qaldı. Lakin satışlar birdən birə artdı.
Ancaq müəyyən vaxt keçdikdən sonra, şirkət köhnə qablaşdırmaya qayıtmağa qərar verdi və qiyməti eyni olaraq saxladı. Gözlənilən nəticə baş verdi: satışlar faciəvi şəkildə azaldı. O zaman brendin sahibləri görünməmiş addım atdılar - təcili olaraq yeni qablaşdırmalar istehsal edib, dünyadakı dyuti-frilərdə, konfetləri əvəzlədilər.
Bu hekayə dünən Bakı biznes mərkəzində keçirilən "Müvəffəqiyyət kağızı sevir" (Success Loves Paper) seminarında səsləndi. Seminar yerli poliqrafiyanın lideri olan Stamperia Print şirkəti tərəfindən təşkil edilmişdi. Stamperia Print şirkəti, Azərbaycanda yaxşı çapa nail olmaq mümüknsüzdür stereotipini inadla məhv edir. Seminarın spikeri İrina Koler idi. O GMUND şirkətinin beynəlxalq satışları üzrə meneceridir. Alman şirkəti GMUND, hekayədə qeyd olunan şirkətdir. Bəhs etdiyimiz şokolad şirkəti isə, bütün dünyada tanınmış Godiva şirkətidir.
Qablaşdırmanın rolu haqqında, poliqrafiya şirkətləri və kağız istehsalçıları qədər məlumatı olan yoxdur. GMUND 200 il ərzində, davamlı olaraq ən yüksək keyfiyyətli kağız istehsal edir və şirkət tarixində bu kimi misallar çoxdur. Onun müştərilərinin arasında BMW, Ferrari, Chanel, Veuve Clicquot kimi müştərilər var. Hətta nüfuzlu "Oskar" kinopremiyasının mükafatlandırılma mərasimi üçün hazırlanan zərflər, GMUND kağızından hazırlanır.
GMUND, dünyanın aparıcı sahibkarları, satış menecerləri və marketoloqlar ilə öz dizayner kağızlarının verdiyi töhfəni öz təcrübəsini paylaşır.
Əlbəttə ki, seminarın mövzusu digərlərinin müvəffəqiyyətlərinin, yaxud uğursuzluqlarının hekayələri deyildi.
Seminarda iki əsas mövzu var idi:
1) Yalnız bir alətdən istifadə edərək biznesi daha da uğurlu edib, satışları qaldırıb, ortalama qəbz və marjanı necə artırmaq olar. O alət kimi isə kağız nəzərdə tutulurdu.
2) Azərbaycan biznes nümayəndələrini, marketinqdə və brendinqdə rəng psixoloqiyası ilə tanış etmək.
Məsələ ondadır ki, GMUND yalnız istehsal etmir, onların laboratoriyasında kağızla bağlı elmi araşdırmalar da aparılır.
Son bir neçə ildə, bir-biri ilə uyğunlaşan 48 dizayner rəngindən ibarət olan palitranın seçilməsi idi. Şirkət zəmanət verir ki, bu rənglər trenddə hələ minimum 10 il olacaq. Seminarda iştirakçılara xoşlarına gələn rəngə səs vermək təklif edilmişdi. İrina Koler iddia edir ki, seminar keçirildiyi hər yerdə, müxtəlif rənglər seçilirdi. Bakı da bu baxımdan fərqləndi. Səs çoxluluğuyla, paytaxtımızın rəngi "Tiffani" seçildi (foto üçün Feysbuk səhifəmizə keçin: https://fb.com/StamperiaPrint).
Seminar pozitiv dalğada keçirildi. Qəhvə fasiləsi zamanı və seminar bitdikdən sonra, iştirakçılar nümunə üçün təqdim edilmiş müxtəlif çap məhsullarına heyranlıqlarını gizlədə bilmirdilər. Seminarda dünya liderləri üçün GMUND şirkəti tərəfindən reallaşdırılmış və Azərbaycan biznesinin aparıcı nümayəndələri üçün Stamperia Print şirkəti tərəfindən istehsal edilmiş nümunələr göstərilmişdi. Xoş müşahidə: yerli mütəxəssislərin işi, alman keyfiyyətinə güzəştə getmirdi.
Xatırladaq ki, Stamperia Print şirkəti Azərbaycanda GMUND şirkətinin rəsmi tərəf müqabilidir. Stamperia Print-də, GMUND (kağızın və çapın 10 mindən çox kombinasiyası) kağızının böyük çeşidlərindən istifadə etməklə, istənilən çap məhsulunu sifariş etmək mümkündür.