Is your language English?
SADƏ İDEYALARI YARADICI MƏHSULA ÇEVİRİRİK

Dizayn və poliqrafiya xidmətləri
İnsanların şüuraltında sizin, yaxud şirkətiniz haqqında bir fikir yaratmaq üçün bir neçə saniyə kifayətdir. Bunu öz üstünlüyünüzə çevirin. Kütləyə qarışmaqdan vaz keçin və qafik dizaynı güclü satış aləti kimi istifadə edin.
Düşünürsünüz ki, vizit kartınız özündə yalnız sizin vəzifənizi və əlaqə nömrənizi əks etdirməlidir? Düzgün tərtib edilmiş kart daha böyük effektə malikdir. Əgər sizə diqqət ayırırlarsa, deməli sizi yadda saxlayırlar. Dizayn poliqrafiyada böyük rol oynayır və biz bunu hər kəsdən daha yaxşı anlayırıq.
Çap məhsulunun çətinliyin bütün səviyyələrinin dizaynı
Dizayn maketləri müştərinin ehtiyaclarını nəzərə alaraq hazırlanır. Hər layihə üçün məqsəd qruplarının tədqiqatı keçirilir. Biz qrafik dizaynı öz istəyimizə görə yox, potensial istehlakçının rəylərinə əsasən həyata keçiririk.

Bizim əsas xüsussiyətlərimiz:

  • Avropa üslubu – qrafik dizaynda əsas tendensiya və istiqamətləri izləyir, profil sərgilərinə baş çəkir və müasir cərayanlardan ən yaxşısını seçirik. Son trendlərlə təcrübələr aparır, istehlakçıların reaksiyasını qiymətləndirir və müştərilərimizə həqiqətən nəticə verən təklif irəli sürürük.
  • Davamlı minimalizmə köklənmək
  • yığcam təqdimat brendin statusunu vurğulayır. Yüksək səviyyədə və zərif üslubda yaradılmış çap məhsulunun dizaynı, bahalı, keyfiyyətli məhsul təəssüratı yaradır. Buna malik olmaq xüsusi həzzdir.
  • Düşünülmüş rəng ahəngi və palitra
  • bütövlükdə məhsulun və brendin ümumi qəbul edilməsinə təsir edir.

Brendin görünüşünün rənglər, yaxud xüsusi sintezlərə görə irəliyəşi - güclü marketinq deməkdir.
Qrafik dizayner texnoloqla sıx əməkdaşlıq etdiyi üçün, nəticədə hazırlanmış maket yalnız vizual gözəl deyil, həmçinin funksional olur. Emalın tipi gözlənilən nəticədən asılıdır: oyma, laklanma və s. Bir dizayner libasını ucuz, sintetik parçadan tikmək mümkün olmadığı kimi, keyfiyyətli poliqrafiyanı da kartonda çap etmək mümkün deyil. Qrafik dizayn xüsusi olaraq lüks materiallara uyğun hazırlanır. Biz onları seçə, emal edə, əsas məhsula çevirə bilirik.


Sadə ideyaları yaradıcı məhsula çeviririk
Poliqrafiyanın dizaynı sizin brendinizin nəyini dəyişdirəcək?
Başlanğıc üçün ona tanına bilən şəxsi üslub yaradacayıq. Məhz bu yolu müasirliyinin ən müvəffəqiyyətli şirkətləri seçib. Və əlbəttə, qalib gəliblər. Bazarda öz yerinizi tutmaq istəyirsiniz? Satılan imic yaradın.
Qrafik dizayn brendin konsepsiyasını onun əsas simasına çevirmək üçün ən yaxşı üsuldur. Korporativ üslub nə üçün lazımdır? Şəxsi üslub şirkətinizin "geyimidir". Brendləşmiş məhsulun hər detalı, vərəqələrdən tutmuş, press konfranslardakı firma paketinə qədər hər şey, özündə üslub, səviyyə və biznesin dəyərlərini əks etdirir.


Biz çap üçün məhsulun dizaynını hazırlayaq:

  • tədbirlər – hədiyyəlik dəstlər, reklam setləri, toy dəvətnamələri;
  • reklam kampaniyaları – broşurlar, bukletlər, vərəqələr, bannerlər, kataloqlar;
  • korporativ müştərilər – firma paketləri, təqvimlər, vizit kartlar, restoranlar üçün menyu və digərləri;
  • malların istehsalçıları – çexollar, futlyarlar, qutular, paketlər.


"Portfolio" bölməsinə baş çəkərək necə işlədiyimizi görə bilərsiniz. Azərbaycanın ən böyük şirkətləri bizə poliqrafiya dizaynının hazırlamasını etibar edir. Bakı və regionlarda mühüm hadisələr üçün şəxsi üslub yaratdıq. Siz də eynisini istəyirsiniz? Keyfiyyətə üstünlük verin.
Vizit kartın dizaynı – imicin əsasıdır
Stamperianın iş sahələrindən biri, nümayəndə sinifinin vizit kartlarının tərtibi və hazırlanmasıdır. Vizit kart kimi sadə şeyə vaxt və vəsait ayırmağa dəyərmi? Bu sizin hansı effektə nail olmaq istəyinizdən asılıdır. Kart sizin yeni tanışınızın portmanenində onlarca karton vizit kartlarının içində itə bilər. Amma biz vizit kartın sizin biznesinizə necə təsir edə biləcəyini bilirik.
Lazımlı assosiasiyanı yaratmaq üçün, dizayner şirkətin obrazını nəzərə alır, materialı, şriftləri və rəngi seçir. Müştərilərmizə avropa dizaynlı minimalistik vizit kartları məsləhət görürük. Sizin çap məhsulunuzun düzgün qrafik dizaynı, brendinizi satış alətinə çevirmək üsuludur.