Is your language English?
Maraqlı poliqrafiyanın hazırlanması və istehsalı

Poliqrafiyanın qurulması
Çox vaxt standart olmayan qrafik və yaradıcı marketinq ideyaları ilə möhtəşəm bir dizayn layihəsi olan istehsalçı şirkət, onu tətbiq edən podratçı tapa bilmir. Stamperia bu qədər iddialı misallarda ixtisaslaşır. Biz son məhsulun keyfiyyətinə zəmanət verərək, istənilən çətinlikdə istehsalı təmin edirik.
Bizim texnoloqlar və dizaynerlər poliqrafiyanı birlikdə layihələşdirib, şirkətin və sifarişçinin yalnız statusunu yox, həmçinin lazımlı imic və işgüzar reputasiyanı yaradırlar.
Bizim hədəfimiz yüksək keyfiyyətli məhsul yaratmaqdır. Gözəl poliqrafiyanı hazırlamağı çoxları bacararlar. Funksionallığı saxlayıb, qeyri-standart materiallardan istifadə etməyi isə yalnız Stamperia bacarar.
Poliqrafiya məhsulunun cizgilərinin hazırlanması
Qablaşdırmanın hazırlanması, bir sıra ən əhəmiyyətli nüansların nəzərə alınmasını tələb edən mürəkkəb texnoloji prosesdir. Stamperia dizaynerlərinin və texnoloqlarının birgə işi, təsirli, həmçinin sərfəli həllər yaratmağa yönləndirilmişdir.
Qablaşdırmanın eskizinin yaradılması mürəkkəb mühəndislik prosesinə bənzəyir. Konstruktor dizaynı həyata keçirib, onu lazımlı funksiyalarıyla təcəssüm etməlidir. Məgər alıcı bir saat içində formasını itirmiş gözəl qablaşdırmadakı məhsul üçün geri qayıtmaq istəyərmi?
Məhsullarımız keyfiyyət standartına uyğun olaraq sınaqdan keçirilir. Onu ilk dəfə əldə etdikdən sonra, yenidən qayıtmaq istəyəcəksiniz.
Qeyd etdiklərimiz, poliqrafiya məhsulunun istənilən növünə aiddir. Qüsursuz nəticə almaq üçün, bütün komanda işləyir. Stamperia-da poliqrafiya istehsalı texnologiyası, hazırlamanın və layihənin reallaşdırmasının hər mərhələsində, qeyri-standart qərarların və ciddi nəzarətin sinegriyasıdır.
Tirajı başlamadan əvvəl nümunələr təqdim edirik
Bizim müştərilərimiz keyfiyyətli poliqrafiya bazarda şirkətin, yaxud məhsulun irəliləyişində böyük rol oynadığını anlayırlar. Qeyri-standart qablaşdırma hansı hədəfləri təqib edir?
* lazımlı imici formalaşdırmaq;
* satışları qaldırmaq;
* öz seqmentində müəyyən "yer" tutmaq;
* onlarla digər variantlar arasında məhsulu seçmək;
* hər kəs üçün əlçatan olmayan "lüks-məhsul" obrazını yaratmaq;
* məhsulun qiymətini yüksəltmək.
Bu halda istifadə edilən materiallar böyük vacibliyə malikdir. Qurulma bölməsinin sayəsində, müştəri poliqrafiya istehsalı başlanmazdan əvvəl məhsulun maketiylə tanış ola bilər. Bu nəyə görə əhəmiyyətlidir?
Hazır məhsulun müştərinin gözləntilərinə cavab verdiyini əvvəlcədən əmin olmaq üçün. Maket – dizaynı və formanı qiymətləndirmək üçün ən yaxşı üsuldur. Əgər qablaşdırma haqqında söhbət gedirsə, tirajın işə salınmasına qədər onun funksionallığından tam əmin olmaq gərəkdir. Konstruktorlar əllərindən gələni edirlər ki, qablaşdırma poliqrafiyası yalnız estetik cəhətdən qüsursuz yox, həmçinin asan daşınan, möhkəm, yüklənməyə dözümlü, ələ xoş olan olsun.