Is your language English?
Başqaları bacarmadığını edəcəyik!

Geniş spekterli çap məhsulunun istehsalı
Niyə poliqrafiyaların əksəriyyəti Avropadan olan yeni materiallarla işləmirlər və qeyri-standart sifarişlərdən çəkinirlər? Hətta ən gözəl dizayn və keyfiyyətli mənbələr, texnologiyaya riayət edilməmiş və emalın optimal üsulu seçilməmişdirsə, o zaman lazımlı nəticə verməyəcək. "Stamperia" istənilən çətinlikdə olan poliqrafiya layihələrini reallaşdırır.
Bizim xidmətlərimizə rəqəmsal və ofset çapı, ipək ekran çapı, möhürləmə, oyma, mürəkkəb konstruksiyaların yaradılması üçün texnikaların kombinasiyası daxildir
Hər layihəni ideyanın yaradılmasından hazır məhsula gedən yoldan keçiririk. Bu necə baş verir?
* məsləhətləşirik;
* sifarişçinin məqsədli auditoriyasını araşdırırıq;
* işləyən strategiya seçirik;
* dizaynı hazırlayırıq;
* qablaşdırma və başqa funksional məhsulları layihələşdiririk;
* maket yaradırıq;
* tam tiraj istehsal edirik.
Vizit kartların, bukletlərin, kitabçaların, kataloqların, təqvimlərin, yapışqan stikerlər, bannerlərin, reklam və nümayəndə poliqrafiyasının istənilən növlərinin çapını yerinə yetiririk. İstənilən həcmdə tirajlar mümkündür. Ayrı istiqamət - qablaşdırma istehsalı (çantalar, qutular, futlyarlar və s.).
Ən yeni avadanlıqda poliqrafiyanın istehsalı
Bazara yeni məhsulla keyfiyyətli "giriş" üsulunu axtarırsınız? Diqqəti çəkən, mürəkkəb seçimlərə uyğunlaşdırılmış məhsullar, məsələnin öhdəsindən gələcək. Poliqrafiyanın yeni buraxışlarını istənilən vaxt təkrar sifariş etmək mümkündür. Biz anbarlarımızda materialların sabit ehtiyatlarını nəzərə alırıq.
Şəxsi anbarımızdakı materialların çeşidi, Avropanın ən maraqlı və trend yeniliklərindən formalaşıb. Biz yalnız tendensiyaları izləməklə kifayətlənmirik, biz onları işləyən marketinq məhsuluna çeviririk. Firma qovluğundan reklam bukletinə qədər, dəbli və qeyri-standart yaradılmış məhsullar, güclü imic formalaşdırır.
Bizimlə işləməyin üstünlükləri:
* nəticənin zəmanəti – tirajın işə salınmasına qədər məhsulun uyğunluğunu və keyfiyyət standartlarına görə yoxlayırıq;
* * heç kəsdə olmayan materiallardan istifadə;
* qablaşdırmanın funksionallığa tələbkar yanaşma;
* * məsələlərin operativ reallaşdırılması və ədalətli qiymət.
Ofset və rəqəmsal çap, trenddə olan palitrada, həmçinin keyfiyyətli premium rənglərdən hazırlanır.
Qablaşdırma məhsulunun istehsalı
Məhsulun müvəffəqiyyətinin yarısı – gözəçarpan qablaşdırmadır. Məhsul yaxşı keyfiyyətdə ola bilər, lakin onu ifadəsiz, darıxdırıcı və standart "geyimdə" gizlətsəniz, istehlakçı bu haqda bilməyəcək. Lazımlı əşya yox, sahiblənmək istədiyi şeyləri alılar.
Biz sizin məhsulunuz üçün yalnız cazibəli qablaşdırma təklif etmirik. Onu yaratmaq çətin deyil, lakin keyfiyyətli etmək çətindir. Tez-tez qutuya, paketə, futlyara estetik tələblər, onun düz təyinatına zidd olurlar. Biz onları necə bir araya gətirməyin mümkün olduğunu bilirik. Nəticədə siz yalnız cazibədar qablaşdırma yox, həm də funksionallığını itirməmiş məhsul əldə edirsiniz.
Keyfiyyətli məhsulun əlamətləri:
* daşınması asan;
* yüklənmələrə dözümlü;
* lazımi növdə məhsulun saxlanması;
* formansını saxlaması;
* ekoloji utelizasiya.
Erqonomik və dəbli poliqrafiya sizin şirkətinizin üzüdür. Biz, başqalarının həyata keçirə bilməyəcək layihələri götürürük!